Rusiya Azərbaycanla münasibətlərin inkişafına hədəflənib - Matviyenko
Rusiya Azərbaycanla münasibətlərin inkişafına hədəflənib.
Adalet.az Rusiya Federasiya Şurasına istinadən xəbər verir ki, bu barədə Şuranın sədri Valentina Matviyenko İstanbulda Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə bildirib.
Matviyenkonun sözlərinə görə, Bakı və Moskva arasındakı münasibətlər inkişaf üçün böyük potensiala malikdir.
O, həmçinin 2024-cü ildə AZAL aviaşirkətinə məxsus təyyarənin qəzaya uğramasının nəticələrinin tənzimlənməsi prosedurunun ötən gün başa çatdırılmasının əhəmiyyətini vurğulayıb və Azərbaycan tərəfinə başsağlığı verib.
Danışıqlar zamanı tərəflər Rusiya və Azərbaycan parlamentarilərinin əlaqələrinin müntəzəmliyini vurğulayıblar. Ötən ilin sonunda Moskvada Federal Məclisi Federasiya Şurası və Milli Məclisin Əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyasının iclası keçirilib, növbəti isə Bakıda keçiriləcək.
"On üçüncü Rusiya-Azərbaycan Regionlararası Forumunun keçirilmə müddəti və yeri ilə bağlı Azərbaycan tərəfinin təkliflərini gözləyirik. Hazırda Rusiya Federasiyasının yetmişdən çox subyekti Azərbaycanla əlaqələr saxlayır", - Valentina Matviyenko deyib.
Digər Xəbərlər
16 Aprel 2026 16:32
Sahibə Qafarova İstanbulda Simonyanla görüşdü
16 Aprel 2026 16:24
Gənclərin idmana cəlb olunması, innovativ yanaşmaların tətbiqi və...
16 Aprel 2026 14:56
İlham Əliyev Türkiyəyə getdi - FOTOLAR
16 Aprel 2026 14:12
“İndi bu oyunda bütün kartlar Paşinyanın əlindədir...” – Politoloq
16 Aprel 2026 12:10
Aqil Abbas Türkiyə səfirinə başsağlığı verdi
16 Aprel 2026 11:23
“Hər oxuyan Molla Pənah olmadığı kimi hər İslam dövləti də Pakistan ola bilmir”
16 Aprel 2026 11:02
“Paşinyan parlamentdəki çıxışının sonrakı hissəsində müxalifəti nokauta salıb”
16 Aprel 2026 10:53


Bakı -°C

