Qafarova İstanbulda özbəkistanlı həmkarı ilə görüşdü
Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın (PAİ) İstanbulda keçirilən 152-ci Assambleyası çərçivəsində Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Adalet.az-a verilən məlumata görə, görüş zamanı iki qardaş ölkə arasında əlaqələrin mövcud vəziyyətindən məmnunluq ifadə edilib.
Eyni zamanda, parlamentlərin də bu əməkdaşlığa verdiyi töhfə xüsusi vurğulanıb.
Söhbətdə parlamentlər arasında həm ikitərəfli qaydada, həm də beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətinə toxunulub.
Tərəflər parlament təşkilatları çərçivəsində həmrəylikdən və qarşılıqlı dəstəkdən məmnunluqlarını ifadə ediblər.
Bu çərçivədə PAİ-nin mühüm platforma olduğu diqqətə çatdırılıb, eyni zamanda qeyd edilib ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi də iki ölkə parlamentinin əməkdaşlığı üçün mühüm önəm daşıyır.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
18 Aprel 2026 12:38
İlham Əliyevin Türkiyəyə işgüzar səfəri ilə bağlı paylaşım edilib
18 Aprel 2026 12:37
"Geosiyasi qeyri-sabitlik Orta Dəhlizin əhəmiyyətini artırır" - Elçin Əmirbəyov
18 Aprel 2026 12:25
Könül Nurullayeva vətəndaşlarla növbəti dəfə görüş keçirib - FOTOLAR
18 Aprel 2026 12:16
Hikmət Hacıyev Andrea Corao Faria ilə görüşdü
18 Aprel 2026 12:10
“İranın Zəngəzur dəhlizinə mane ola bilməsi yeni böhrana yol aça bilər”
18 Aprel 2026 12:10
“Bir hərbi əməliyyatla Livandakı “Hizbullah” hərəkatını bitirmək...”
18 Aprel 2026 09:00
İlham Əliyev və Ərdoğan görüş yerini eyni avtomobildə tərk etdilər - VİDEO
17 Aprel 2026 21:45


Bakı -°C

