Pakistan bu halda hərbi əməliyyatları DAYANDIRACAQ

Pakistan hərbi əməliyyatların dayandırılması üçün şərtini açıqlayıb.
Adalet.az xəbər verir ki, Pakistanın müdafiə naziri Xavaca Asif “Bloomberg” agentliyinə müsahibəsində bu barədə danışıb.
Onun sözlərinə görə, Hindistan "Sindur" hərbi əməliyyatını və digər təcavüzkar hərəkətləri dayandırarsa, Pakistan münaqişədə gərginliyi artırmayacaq:.
"Biz bütün bu müddət ərzində demişik ki, Hindistana qarşı heç nə etməyəcəyik. Əgər Hindistan geri çəkilsə, biz də mütləq hərbi əməliyyatlarımızı dayandıracağıq".
"Lakin bizə hücum edildiyi müddətdə biz cavab verməli və özümüzü müdafiə etməli olacağıq", - deyə Xavaca Asif əlavə edib.
Digər Xəbərlər

Pakistanın müdafiə naziri: Hindistanla gərginlik nüvə müharibəsinə səbəb ola bilər

Ukrayna PUA-ları Rusiyanın əsas müdafiə zavodlarına hücum edib

Suriya lideri Fransada
