Partiya sədri: "İndi milli birlik siyasi və strateji cəhətdən çox vacibdir"
"İndi milli birlik siyasi və strateji cəhətdən çox vacibdir".
Bunu "Report" a açıqlamasında Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbər deyib.
"Bu cür səfərlər hər şeydən əvvəl insani münasibətlərə töhfədir. Əlbəttə, bu siyasi münasibətlərə də aiddir. İstər-istəməz qarşılıqlı inam yaranır və iqtidarla müxalifət bir-birinə qarşı əvvəlki kimi sərt yox, daha yumşaq mövqe tutur. Hər halda bu tendensiya müşahidə olunur. Belə təşəbbüslər nəticəsində iqtidar-müxalifət münasibətləri getdikcə daha sistemli xarakter ala bilər", - o qeyd edib.
Partiya sədri azad edilən ərazilərdə görülən işləri yüksək qiymətləndirdiyini bildirib: "Bu günkü səfərdə də real nəticələrin şahidi olduq. Bizi narahat edən bəzi suallara cavab tapdıq. 1990-cı illərdə Füzulinin işğal təhlükəsi yarananda mən müdafiə nazirinin birinci müavini idi. Əlbəttə, 29 ildən sonra yenidən bu ərazilərdə olmaq həm də duyğusal ovqat yaradır. Görüləcək işlər çoxdur. Əsas narahatlıq köçün gecikməsi ilə bağlıdır. Bu məsələ bugünkü səfərdə də müzakirə olundu. Döyüşlər bitsə də, hələ müharibə bitməyib. Regionda baş verən hadisələr göstərir ki, indi milli birlik çox əhəmiyyətlidir. Bu, təkcə siyasi yox, həm də strateji cəhətdən vacibdir".
Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri və bir qrup politoloq iyunun 24-də işğaldan azad edilmiş Cəbrayıl və Zəngilan rayonlarında səfərdə olub.
Digər Xəbərlər
12 Mart 2026 23:27
İsveçrəli nazir Azərbaycana təşəkkür etdi
12 Mart 2026 16:23
Müctəba Dəmirçilu Azərbaycana təşəkkür etdi
12 Mart 2026 16:14
Azərbaycan davamlı olaraq çoxtərəfliliyi dəstəkləyir - Hikmət Hacıyev
12 Mart 2026 15:03
İlham Əliyev Fərman imzaladı
12 Mart 2026 14:58
İlham Əliyev XIII Qlobal Bakı Forumunda - YENİLƏNİB
12 Mart 2026 14:57
Azərbaycan-Avropa İttifaqı: tərəfdaşlığın fəal mərhələsi
12 Mart 2026 14:34
"Avropa İttifaqının əsas prinsipləri təhdid altındadır" - Şarl Mişel
12 Mart 2026 14:27


Bakı -°C

