adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
28 Iyun 2022 15:35
660
SİYASƏT

Paşinyan elan etdi: “Laçın boşaldılır, “Aqavno” yenidən Zabux olur...”

Başı bəlalı Zabux - Ermənistan-Azərbaycan sərhəddinə yaxın ərazidə, Zabux çayının sahilində yerləşən bu kənd Rusiya sülhməramlılarının nəzarət etdiyi “Laçın dəhlizi”ndədir. Ermənilər Zabuxu “Aqavno” adlandırırlar. Hazırda burada 300-ə yaxın erməni qeyri-qanuni şəkildə yaşamağa davam edir. Bunlar əsasən Livan, Suriya, Rusiya, İraqdan köçüb gəlmiş ermənilərdi.

Livanlı erməni biznesmenlər 2013-cü ildə Gorus-Xankəndi avtomobil yolunun üzrərindəki Azərbaycan kəndində qanunsuz olaraq yeni qəsəbə salıbılar. Livanlı erməni biznesmenlərə məxsus “Ari” fondunun maliyyəsilə salınan qəsəbədə 150-dən çox ev tikilib.

Bizim şərəf ünvanımız olan 44 günlük müharibədən sonra həmin o Aqavnonun yadelli sakinlərinin qarnına “od dolub”

Məlumatlara görə, "Laçın dəhlizi"nə alternativ olan yeni yolun inşası Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda öz əksini tapıb. Sənədə görə, Laçından yan keçən və Qarabağın dağlıq hissəsini Ermənistanla birləşdirən yeni yol bu ilin yayında hazır olmalıdır.
Yol hazır olandan sonra Rusiya sülhməramlı kontingenti "Laçın dəhlizi"ndən çıxacaq və yeni marşruta yerləşdiriləcək.

"Laçın dəhlizi" Rusiya sülhməramlı kontingenti tərəfindən boşaldılandan sonra Laçın şəhəri və Zabux kəndinə nəzarət Azərbaycan Silahlı Qüvvələrinə keçəcək.

Adalet.az SputnikArmenia-a istinadən xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan dünən İrəvanda onlayn keçirilən mətbuat konfransında xəbəri təsdiq edib: “Laçın dəhlizinə alternativ yolun inşası başa çatdıqdan sonra keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən kənarda yerləşən ərazilər Azərbaycana qaytarılacaq”
Paşinyan hətta bildirib ki, Azərbaycana təhvil veriləcək Laçın şəhəri və Zabux kəndinin sakinləri mənzillə təmin olunacaq.

Qeyd edək ki, ötən həftə “Hraparak” qəzeti yazdı ki, Xankəndidən Zabuxa gələn vəzifəli bir “məmur” erməni sakinləri ailələri ilə birlikdə kəndi tərk etməyə razı salmaq üçün icma rəhbərilə görüşüb. Köçün bu yaxınlarda gerçəkləşəcəyi gözlənilir.

“Laçın dəhlizi”nə alternativ yol istifadəyə verildikdən sonra Zabux kəndinin Azərbaycan hərbçilərinin nəzarətinə keçəcəyi gözlənilir. Kənddəki “erməni icması”nın başçısı Andranik Çauşyan isə sakinlərin təşvişini artırmamaq üçün mətbuata bu haqda ətraflı danışmaqdan yayınıb.


Əntiqə Rəşid