"Pelosinin bu vulqar komediyası ABŞ -a baha başa gələcək"
Çin Xalq Respublikasının xarici işlər naziri Van İ, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla 5 avqusta Pnompendə keçirilən görüşündə bəyan edib ki, ABŞ -ın nümayəndələr palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri, Vaşinqton üçün ağır nəticələrə gətirib çıxaracaq.
"Bu vulqar komediya mütləq Birləşmiş Ştatlar üçün ciddi nəticələrə gətirib çıxaracaq və bunun günahı Vaşinqtonun üzərində qalacaq"- deyə Çinin XİN rəhbəri bildirib.
Diplomat qeyd edib ki, Pekin buna kəskin cavab verəcək: "Pelosinin Tayvana səfəri Çin Xalq Respublikasının suverenliyinə və ərazi bütövlüyünı qəsd kimi qiymətləndirilir. Heç bir ölkə Tayvanı Çindən ayıra bilməz".
Sergey Lavrov da bildirib ki, amerikan tərəfi öz prinsiplərini pozub və nümayəndələr palatasının spikerini Tayvana göndərib.
Tayvan Çinin tərkib hissəsi sayılsa da, artıq on illərdi özlərini müstəqil dövlət kimi aparırlar. ABŞ da təsdiq edir ki, Tayvan Çinin tərkib hissəsidir, lakin bununla yanaşı Çinin başı üzərindən Tayvana yardımlar etməkdə davam edir.
Rüstəm Hacıyev
Digər Xəbərlər
12 Sentyabr 2026 18:00
Fransada qatar relsdən çıxdı - Çoxlu sayda yaralılar var
12 Sentyabr 2026 16:55
Yəmənin ordusu Moxa rayonunda husilərə zərbələr endirib
12 Sentyabr 2026 15:46
İranda SEPAH ilə silahlı qrup arasında toqquşma: Ölənlər var
12 Sentyabr 2026 15:33


Bakı -°C

