Penitensiar xidmətdə vakant kiçik rəis heyəti vəzifələri üzrə müsabiqə elan edildi
Ədliyyə Nazirliyinin Penitensiar xidmətində vakant kiçik rəis heyəti (xüsusi rütbəli) vəzifələri üzrə yanvar ayının 23-dən 30-dək açıq müsabiqə keçirilir. Vakant vəzifələr Ədliyyə Nazirliyinin penitensiar müəssisələrindədir.
Nazirliyin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, bu vəzifələrə ən azı tam orta təhsilli, həqiqi hərbi xidmət keçmiş (qadınlar istisna olmaqla), yaşı 20-dən aşağı 30-dan yuxarı olmayan, fiziki hazırlığına və sağlamlıq vəziyyətinə görə qulluğa yararlı olan, eləcə də ədliyyə orqanlarında qulluq keçmə ilə bağlı qanunvericiliyin digər tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları qulluğa qəbul oluna bilərlər.
Müsabiqədə iştirak etmək istəyən şəxslər ərizə nümunəsini Ədliyyə Nazirliyinin rəsmi veb-saytında “Penitensiar xidmətə qulluğa qəbul” bölməsindən əldə edə bilərlər.
Ərizələri Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin elektron poçtu ([email protected]), “Azərpoçt” və ya xidmətin Bakı şəhəri, Kövkəb Səfərəliyeva küçəsi, giriş 14 ünvanında yerləşən inzibati binasındakı poçt qutusu vasitəsilə təqdim etmək mümkündür.
Vətəndaşlar müsabiqənin keçirilməsi ilə bağlı (012) 498-71-06, (012) 493-44-89 nömrəli telefonlar vasitəsilə əlavə məlumat əldə edə bilərlər.
Digər Xəbərlər
23 Yanvar 2026 14:03
Qarabağda qalan sonuncu ermənilər də Ermənistana köçürüldü
23 Yanvar 2026 12:49
"Başqa ölkələrə gedəndə yolun genişliyi bizi heyrətləndirir" - Komitə sədri
23 Yanvar 2026 11:19
"Süni intellektlə bağlı qanunun qəbuluna ehtiyac var" - Deputat
23 Yanvar 2026 10:07
Milli Məclisdə Böyük Qayıdışla bağlı dinləmə keçiriləcək
23 Yanvar 2026 09:59
Telefondan istifadə edən sürücü saxlanıldı - VİDEO
22 Yanvar 2026 17:23
"Bəzi qanunlar insanlar üçün müəyyən çətinliklər yaradır" - Deputat
22 Yanvar 2026 13:43
Azərbaycanda yalnız bu şəxslər aptek işlədə biləcək – Yeni qərar
22 Yanvar 2026 13:36


Bakı -°C

