adalet.az header logo
  • Bakı -°C
23 Yanvar 2026 12:49
93
GÜNDƏM
A- A+

"Başqa ölkələrə gedəndə yolun genişliyi bizi heyrətləndirir" Komitə sədri

"Hesab edirəm ki, sərhəd kəndlərinin inkişafı ilə bağlı ayrıca dövlət proqramına ehtiyac var. Bizim 4200-dən artıq kəndimiz var".

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında komitə sədri Zahid Oruc deyib.

"Kənd və şəhər harmoniyasını qoruyub saxlamaq lazımdır. Bu reallıqdır ki, kəndlərdən rayon mərkəzlərinə, oradan isə paytaxta böyük axın var. Kəndlərdən əhalinin miqrasiyası səbəbindən məktəblər ciddi problem qarşısındadır", -deyə deputat bildirib.

Komitə sədri qeyd edib ki, bir sıra dövlərlərdə müəyyən yanlış yanaşmaların ucbatından indi dar yolları görürük:

"Yol keçidlərindəki qüsurları, problemləri yaşayırıq. Başqa ölkələrə gedəndə nəyə həsəd aparmaqsaq da, yolun genişliyi bizi heyrətləndirir".