01 Aprel 2025 17:51
207
ŞOU-BİZNES

Pərvin Abıyeva “Tiktok”a bu səbəbdən girmir: “Çox iyrənc şeylər gördüm” 

Aktrisa Pərvin Abıyeva Tiktok sosial şəbəkəsindən istifadə etməməyinin səbəbini açıqlayıb.

Adalet.az Referans-a istinadən xəbər verir ki, "Tarixin bir günü" verilişinə qonaq olan Abıyeva bu platformanın ona daha maraqlı gəlmədiyini deyib. Pərvin Tiktokdakı insanlar iyrəncləşdiyi üçün artıq o platformaya daxil olmadığını bildirib:

"Mən orada həddən artıq özbaşnalıq və tərbiyəsizlik gördüm. Oradan çıxma səbəbim də o oldu. Çox iyrənc şeylər gördüm. Bundan sonra oradan uzaqlaşdım. Artıq oranın mənim yerim olmadığını düşündüm. "Həvəsdir-bəsdir" dedim".