Peyvəndlər övladlarımızı və bizi hansı xəstəliklərdən qoruyur? - Aytəkin Qurbanova
“İmmunlaşdırma həftəsi” ərəfəsində respublikanın bütün şəhər və rayonlarında hər hansı səbəbə görə vaksinasiyadan kənarda qalan uşaqların peyvəndlərə cəlb edilməsi nəzərdə tutulur.
İmmunlaşdırma Həftəsi insanların peyvənd almaq imkanını yaxşılaşdırmaqla peyvəndlə əhatənin yüksək səviyyəyə çatdırılmasını və minlərlə uşağın yoluxucu xəstəliklərdən qorunmasını təmin edir”.
Adalet.az xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da həkim-epidemioloq Aytəkin Qurbanova açıqlayıb.
Onun sözlərinə görə, dünyada hər il uşaqların vaksinasiyası sayəsində 4 milyon ölümün qarşısı alınır:
“Peyvəndlər uşağı, xüsusən immun sistemi zəif inkişaf etmiş körpələri ciddi fəsadlara və ya ölümə səbəb oluna biləcək xəstəliklərdən qoruyur. Hər bir uşağın hələ də ciddi fəsadlar yaradan ağır xəstəliklərdən peyvəndlər vasitəsilə qorunmaq hüququ var. Məhz bu səbəblə, immunlaşdırmanın gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Hazırda ölkəmizdə uşaqları bir sıra ciddi xəstəliklərdən qoruyan effektiv və təhlükəsiz peyvəndlər mövcuddur.
Peyvəndlər hər gün müxtəlif mikrob və viruslarla təmasda olan uşaqların immun sistemini gücləndirməklə onları peyvəndlə qarşısı alınan xəstəliklərdən qoruyur”.
A. Qurbanova qeyd edib ki, uşağın peyvənd təqviminə uyğun vaxtında peyvənd olunması vacibdir:
“Vaksinasiyanın əhatəsi aşağı düşdükdə kökü kəsilməkdə olan qızılca, difteriya, poliomielit kimi yüksək yoluxuculuğa malik olan təhlükəli xəstəliklər geri qayıda bilər. Yoluxucu xəstəliklərdən qorunmağın başlıca profilaktika yolu peyvənddir. Peyvəndlərin məhz vaxtında aparılması uşağın sağlamlığını qoruyur. İmmunlaşdırma həyatın bütün dövrlərində sağlamlığı qoruyur”.
Digər Xəbərlər
15 Yanvar 2026 12:57
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım üçün müraciət etdi
13 Yanvar 2026 10:33
Uşağınız niyə sizə deyil, naməlum blogerlərə inanır? - Mütəxəssis əsas səbəbi izah edir
13 Yanvar 2026 10:32
Yeniyetmə yaşında olan uşaqların psixoloji xüsusiyyətlərini anlayın - SN-dən valideyinlərə tövsiyə
08 Yanvar 2026 16:40
"Bu hallarda mütləq həkimə müraciət olunmalıdır" - TƏBİB-dən XƏBƏRDARLIQ
07 Yanvar 2026 15:18
AQTA-dan “Nestle” ilə bağlı VACİB AÇIQLAMA
07 Yanvar 2026 10:28
Məşhur uşaq qidaları geri çağırıldı - Tərkibində zəhər var
07 Yanvar 2026 10:23
Mövsümi kəskin respirator viruslar artıb - Nazirlikdən əhaliyə ÇAĞIRIŞ
06 Yanvar 2026 13:03


Bakı -°C

