Pezeşkian İrəvandakı Azərbaycan məscidində namaz qıldı - VİDEO

İran prezidenti Məsud Pezeşkian Ermənistana səfəri zamanı İrəvandakı Göy Məsciddə olub.
Adalet.az xəbər verir ki, bu barədə İran mətbuatı yazıb.
İran lideri tarixi Azərbaycan məscidinin müxtəlif hissələrini ziyarət edib, dindarlarla birlikdə namaz qılıb.
İrəvanın Göy məscidi (Hüseynəli Xanın məscidi - mədrəsəsi) eramızın 18-ci əsrində tikilib və İrəvanın tarixi bazarı yaxınlığında inşa edilib.
Göy Məscid həm də onun qurucusu Hüseynəli Xanın adı ilə tanınır. Şəhərin əsas məscidi kimi fəaliyyət göstərən bu məscid-mədrəsə İrəvan xanı tərəfindən ödənilmiş xərclə tikilib və hazırda şəhərin mərkəzində yerləşir.
Digər Xəbərlər

Paşinyanla Pezeşkian arasında danışıqlar 1,5 saat davam edib - YENİLƏNİB

Lukaşenko və Pezeşkian ikitərəfli sənədlər imzalayacaqlar

Putin və Zelenskinin görüşü Macarıstanda keçirilə bilər

"Putinin indi sülhə hazır olduğunu görmürəm" - Makron

Starmer Ukrayna üçün təhlükəsizlik zəmanətlərinə dair tarixi razılaşmaya ümid edir

Zelenski: Prezident seçkiləri keçirməyə hazıram

Ukrayna münaqişəsinin danışıqlar yolu ilə həlli mümkündür? - Bir-iki həftəyə bəlli olacaq
