Ukrayna münaqişəsinin danışıqlar yolu ilə həlli mümkündür? - Bir-iki həftəyə bəlli olacaq

ABŞ Prezidenti Donald Tramp bildirib ki, yaxın bir-iki həftə ərzində Ukrayna münaqişəsinin danışıqlar yolu ilə həllinin mümkün olub-olmadığı bəlli olacaq.
Adalet.az xəbər verir ki, o, bu fikri Ağ Evdə Avropa ölkələrinin liderləri və Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirilən görüşdə səsləndirib.
Tramp həmçinin Rusiya Prezidenti Vladimir Putin və Zelenskinin iştirakı ilə üçtərəfli görüşün keçiriləcəyinə inandığını vurğulayıb.
ABŞ lideri qeyd edib ki, əsas məsələ belə bir görüşün baş tutub-tutmaması deyil, onun nə vaxt təşkil olunacağıdır.
“Düşünürəm ki, biz bunu təşkil edəndə, yəni "nə vaxt" sualına cavab tapanda, əminəm ki, həqiqətən də müsbət addımların şahidi olacağıq”, – deyə Tramp əlavə edib.
Digər Xəbərlər

TRAMP GÖRÜŞÜ YARIMÇIQ KƏSDİ

ZELENSKİ TRAMPIN GÖRÜŞÜNƏ «QOHUM-ƏQRƏBALARI» İLƏ GETMİŞDİ

Tramp həmin görüşdə Azərbaycandan danışdı

"Atəşin dayandırılası, sülh müqaviləsinin bağlanması üçün əsas şərt ola bilməz"...???

Paşinyanla Pezeşkian arasında danışıqlar 1,5 saat davam edib - YENİLƏNİB

Lukaşenko və Pezeşkian ikitərəfli sənədlər imzalayacaqlar

Putin və Zelenskinin görüşü Macarıstanda keçirilə bilər
