19 Avqust 2025 11:58
111
HADİSƏ

Bakıda yataqxanada yanğın: 1 nəfər xəsarət aldı

Bakı şəhərinin Nəsimi rayonunda ikimərtəbəli yataqxana binasının 1-ci mərtəbəsində 50 m² sahədə məişət tullantıları yanıb.

Adalet.az xəbər verir ki, yataqxana binası yanğından mühafizə olunub. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.