Pezeşkian: "ŞƏT+" çoxqütblü dünyanın formalaşmasında mühüm rol oynaya bilər
Əhəmiyyətli siyasi, iqtisadi, demoqrafik və coğrafi potensiala malik "ŞƏT plyus" formatı çoxqütblü dünyanın formalaşmasında mühüm rol oynaya bilər.
Adalet.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian "ŞƏT plyus" formatında keçirilən yüksək səviyyəli görüşdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, çoxqütblülük bir güc mərkəzinin digəri ilə əvəz olunmasına deyil, səmərəli çoxtərəfliliyə əsaslanmalıdır.
"Çoxqütblü dünya yalnız səmərəli çoxtərəfliliyə, dövlətlərin suverenliyinin bərabərliyinə və qanunun aliliyinə əsaslanacağı təqdirdə ədalətli nizama gətirib çıxara bilər", - İran Prezidenti vurğulayıb.
O qeyd edib ki, geniş coğrafi əhatəyə və əhəmiyyətli siyasi və iqtisadi potensiala malik "ŞƏT plyus" formatı gələcək beynəlxalq nizamın formalaşmasında mühüm rol oynayan dövlətlər arasında dialoq və əməkdaşlıq üçün mühüm platformalardan birinə çevrilə bilər.
Pezeşkian həmçinin BMT-nin yeni dünya reallıqlarına uyğunlaşdırılmasının zəruriliyini də bildirib.
"BMT yeni dünyanın reallıqlarını daha adekvat şəkildə əks etdirəcək və öz əsas missiyasını, yəni beynəlxalq sülh və təhlükəsizliyi daha səmərəli şəkildə qoruyacaq bir instituta çevrilməlidir", - o söyləyib.
İran prezidenti xəbərdarlıq edib ki, güclər arasındakı rəqabət daha da parçalanmaya, münaqişələrə və qeyri-sabitliyə gətirib çıxara bilər. O, bunun əvəzində çoxtərəfli əməkdaşlığa, BMT Nizamnaməsinə hörmətə və dövlətlərin bərabərliyinə əsaslanan çoxqütblü dünyanın formalaşması üçün səy göstərməyə çağırıb.
Digər Xəbərlər
01 Sentyabr 2026 14:10
"ŞƏT BMT-nin bərpası üçün katalizator rolunu oynaya bilər" - Lukaşenko
01 Sentyabr 2026 13:48
İranda yeraltı uran anbarı aşkar edildi
01 Sentyabr 2026 13:04
Peskov: "Ermənistanla İrlandiyanın fərqi..."
01 Sentyabr 2026 12:14
Daha 2577 məhkumu əfv etdi
01 Sentyabr 2026 12:12
ŞƏT-ə sədrlik Qırğızıstandan Pakistana keçib
01 Sentyabr 2026 10:50
Tayland viza rejimini sərtləşdirir: Azərbaycan siyahıda qaldı
01 Sentyabr 2026 10:12
“Dərsi dayandırın!” - Direktorun əmri 900 uşağı ölümdən xilas etdi
01 Sentyabr 2026 08:25


Bakı -°C

