Polis Bakıda əməliyyat keçirdi: Saxlanılanlar var - VİDEO

Xətai Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı İbrahim Müzəffərov, Səbuhi Həsənov, Əli Şərifov və Mətin Rzayev saxlanılıblar. Onlardan ümumilikdə 16 kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb.
DİN-dən Adalet.az-a bildirilib ki, Xətai Rayon Polis İdarəsinin, eləcə də ərazi polis şöbə və bölmələrinin son bir ayda həyata keçirdikləri əməliyyatlar zamanı isə narkotiklərlə bağlı ümumilikdə 50 fakt müəyyən edilib. Həmin şəxslərdən müxtəlif növ narkotik vasitələr aşkarlanıb.
Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı isə evlərdən birindən oğurluq edən əvvəllər də eyni cinayət əməlinə görə məhkum olunmuş Emin Məmmədov saxlanılıb. Onun mənzildən 1500 manat oğurladığı müəyyən olunub. E.Məmmədovun paytaxt ərazisində digər bu kimi cinayətlər törədib-törətmədiyinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.
Digər Xəbərlər

Axtarışa verilən şəxs Qazaxıstandan Azərbaycana gətirildi

Aptekdə satıcı qadını bıçaqla hədələyib quldurluq etdilər - VİDEO

Bakıda oğurluq edən şəxs tutuldu

Cinayətdə şübhəli bilinən 51 nəfər saxlanıldı

Polis narkoşəbəkənin əsas üzvlərindən birini həbs etdi - VİDEO

Polis Nərimanovda 22 qumbara aşkarladı

Cinayətdə şübhəli bilinən 47 nəfər saxlanıldı
