Aptekdə satıcı qadını bıçaqla hədələyib quldurluq etdilər - VİDEO
Oğuz şəhərində yerləşən apteklərin birində quldurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs həmin yerdə çalışan qadın satıcını kəsici alətlə hədələyərək kassada olan 500 manat pulu talayaraq ələ keçirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Adalet.az-a bildirilib ki, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat nəticəsində qeyd olunan hadisəni törətməkdə şübhəli bilinən Ramin Məmmədov saxlanılıb. Ondan cinayətdə istifadə etdiyi kəsici alət maddi sübut kimi götürülüb. Araşdırmalarla saxlanılan şəxsin avtobusdan da pul oğurladığı müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, R.Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Digər Xəbərlər
18 Mart 2026 16:20
16 yaşlı arvadını boğaraq Kürə atan şəxsin cəzası ağırlaşdırıldı
18 Mart 2026 15:52
Türkiyədən qanunsuz yolla dərman preparatlarının gətirilməsinin qarşısı alınıb
18 Mart 2026 12:43
Narkotiklə bağlı 1765 cinayət faktı aşkarlanıb
17 Mart 2026 17:14
Mağazadan oğurluq etdilər - VİDEO
17 Mart 2026 12:23
Narkotikin təsirində avtomobil idarə edən şəxs saxlanıldı
17 Mart 2026 10:24
Cinayətdə şübhəli bilinən 35 nəfər tutuldu
17 Mart 2026 10:04
Polis əməliyyat keçirdi: 2 nəfər həbs olundu - VİDEO
16 Mart 2026 16:35


Bakı -°C

