"Qarabağda “İskəndər M”, “Toçka U” və “Smerç” silahları olmayıb" - Mnatsakanyan

Martın 17-ə Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Lyova Mnatsakanyan deyib ki, Azərbaycanın işğal edilmiş ərazilərində “İskəndər M”, “Toçka U” və “Smerç” silahları olmayıb.
Adalet.az xəbər verir ki, o, dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandırarkən qondarma rejimin “müdafiə naziri” olduğu vaxt, ondan əvvəl və sonra işğal altındakı ərazilərdə bu silahları görmədiyini bildirib.
Xatırladaq ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam edir.
Digər Xəbərlər

224 ağacın kəsilməsi ilə bağlı cinayət işi başlandı

Cinayətdə şübhəli bilinən 94 nəfər saxlanıldı

Daşkəsəndə avtomat darağı və iki yüzdən artıq patron aşkarlandı

Polis əməliyyat keçirdi - 3 kq narkotik aşkarlandı

9-cu sinif şagirdini qaçıran 31 yaşlı şəxs SAXLANILDI

Gəncənin bombalanması barədə məlumatı kimdən aldığını AÇIQLADI

Bakıda dolları saxtalaşdıran dəstə üzvləri saxlanıldı - VİDEO
