Polşa səfiri XİN-ə ÇAĞIRILDI
Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Pavel Radomski Xarici İşlər Nazirliyinə çağırılıb.
Adalet.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Bildirilib ki, görüş zamanı, 26 avqust 2026-cı il tarixində Polşanın ictimai yayım orqanı olan TVP-nin (TVP World) “Eastern Express” verilişində Azərbaycan əleyhinə yayımlanmış süjetdə Azərbaycan dövlətinə və ölkə rəhbərliyinə qarşı yönəlmiş qərəzli, qeyri-obyektiv və tamamilə qəbuledilməz iddiaların yer alması, habelə veriliş zamanı aparıcının təxribat xarakterli davranışı ilə bağlı kəskin etiraz bildirilib, bununla əlaqədar qarşı tərəfə etiraz notası təqdim edilib.
Azərbaycanla Ermənistan arasında normallaşma və sülh prosesi, eləcə də Azərbaycanın regionda davamlı sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsi istiqamətində qətiyyətli səylər göstərdiyi bir vaxtda həqiqəti təhrif edən məlumatların yayılmasının Azərbaycan tərəfində sual doğurduğu diqqətə çatdırılıb.
Polşa hökuməti tərəfindən maliyyələşdirilən ictimai yayım orqanında Azərbaycana qarşı mənfi xarakterli məzmunun yayımlanması ölkələrimiz arasında mövcud tərəfdaşlıq ruhuna zidd olan və ikitərəfli münasibətlərə ciddi zərər vurmaq potensialına malik qeyri-dost addım kimi qiymətləndirilib.
Polşa tərəfi Azərbaycanı hədəf alan bu cür təxribatçı kampaniyaların dayandırılması istiqamətində təxirəsalınmaz və təsirli tədbirlər görməyə çağırılıb.
Digər Xəbərlər
28 Avqust 2026 19:18
Sahibə Qafarova: Dünyada davam edən münaqişələr və böhranlar insanların həyatını risk altına alır
28 Avqust 2026 11:05
“Bu sərtləşmənin Azərbaycan üçün ciddi neqativ nəticələrə gətirib çıxaracağını güman etmirəm”
28 Avqust 2026 11:04
Paşinyan onları neytrallaşdırmaqla yolunu açmaq niyyətindədir – Politoloq
27 Avqust 2026 16:31
Rusiyada Azərbaycan əleyhinə təxribat - Nazirliyin cavabı gecikmədi
27 Avqust 2026 15:40
İlham Əliyev “Sabah” klubuna 5 milyon manat ayırdı
27 Avqust 2026 13:58
Avstriyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi
27 Avqust 2026 11:55
“İsrail Suriyada Türkiyənin hərbi baza yerləşdirməsinin əleyhinədir”
27 Avqust 2026 11:41


Bakı -°C

