adalet.az header logo
  • Bakı -°C
29 Mart 2026 15:07
65
GÜNDƏM
A- A+

Prezident Cəmil Əliyevi təltif etdi

Prezident İlham Əliyev Cəmil Əziz oğlu Əliyevin "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Adalet.az xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında tibb elminin və səhiyyənin inkişafında xüsusi xidmətlərinə görə Cəmil Əziz oğlu Əliyev "İstiqlal" ordeni ilə təltif edilsin".