23 Aprel 2025 15:54
165
GÜNDƏM

Prezident Pekində Xalq Qəhrəmanları Abidəsini ziyarət etdi - YENİLƏNİB + FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də Pekində Xalq Qəhrəmanları Abidəsini ziyarət edib.

Adalet.az xəbər verir ki, abidənin yerləşdiyi meydanda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan və Çinin Dövlət himnləri səsləndirilib.

Prezident İlham Əliyev abidənin önünə əklil qoyub.

*** 12:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 23-də Pekində Xalq Qəhrəmanları Abidəsini ziyarət edib.

Adalet.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.