Tariximizi işbazlara yox, dövlətə etibar edərlər, Səyyad müəllim!
Ötən gün Milli Məclisdə vurhavur müzakirə gedirmiş. Mövzu da “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunda dəyişiklik edilməsi imiş. Ötən il Səyyad Aran, bu il isə Səyyad Salahlı adı ilə fəaliyyəti göstərən deputat bildirib ki, abidələrin bir çoxu uçub-dağılır: "Hamımız şimal zonasında bunu görmüşük. Həmin abidələrin sarayından gündə bir kərpic düşür. Abidələrə ciddi nəzarət yoxdur" dedi.
Bunu deyəndə ürəyimdə Səyyad müəllimi alqişladım. Sevinclə, "Səyyad müəllim, çarəni də de" deyə az qala sevindim.
Səyyad müəllim mudrikanə bir görkəm alıb davam edir; "Onları hansısa iş adamlarına vermək olar. Bərpa etsinlər və orada bir şey yaratsınlar. Bunun başqa yolu yoxdur. Məsələ qaldırırıqsa, bunun sonrakı halında düşünməliyik. Abidələri pasportlaşdırdıq, hə nə olsun?".
Ay müəllim, insafın olsun, Allah eşqinə, biznesmenə, restoran, otel, istirahət zonalarının rəhbərlərinə tarixi və mədəniyyət abidələrini tapşırmayın! Bakıdakı tarixi abidələrin bir çoxunu ələ keçirən işbazlarin tariximizi pis günə qoyduğundan xəbəriniz yoxdurmu?
Yani, o müdrik beyninizə bundan daha müdrik fikir gəlmədi?
Axı , Qafqazda Azərbaycan kimi varlı ölkə yoxdu! Azərbaycandaki bütün tarixi , mədəni abidələrin məsuliyyətini dövlətimiz varkən kimə etibar edirsiniz?
Hazırda Ermənistan hökuməti ölkəsindəki bütün abidələri qeydiyyata alıb dövlət büdcəsilə bərpa edir! İndi sizin sözünüzdən belə çıxır ki, biz o qədər " ölu" olduq ki , öz tariximizə sahib çıxa bilməyib, sahibkarlığı işbazlara yönəldirik!
Vallah , Sizin bu təklifiniz Azərbaycan dövlətini təhqirdən başqa bir şey deyil!
Əntiqə Rəşid
Digər Xəbərlər
23 Yanvar 2026 17:41
Audiovizual media subyektlərinin sayı açıqlandı
23 Yanvar 2026 17:17
Leyla Əliyeva bacısını təbrik etdi - FOTO
23 Yanvar 2026 17:11
Hərbi Prokurorluqda ilin yekunlarına dair kollegiya iclası keçirildi
23 Yanvar 2026 17:04
Azərbaycanda 100 min nəfərə 310 cinayət düşür - Rəqəmlər açıqlandı
23 Yanvar 2026 17:02
Beynəlxalq axtarışa verilmiş 40 nəfərin yeri müəyyən olundu
23 Yanvar 2026 17:01
Alena Əliyeva Arzu Əliyevanı təbrik etdi - FOTO
23 Yanvar 2026 17:01
Qız qaçırmaya görə 32 şəxs barədə məsuliyyət tədbirləri görüldü
23 Yanvar 2026 17:00


Bakı -°C

