23 Aprel 2025 11:29
159
GÜNDƏM

"Xalq heç vaxt ərzaq təminatı ilə sınağa çəkilməməlidir" - Komitə sədri

"Ölkəmizdə məşğul əhalinin təxminən 40 faizi kənd təsərrüfatının, aqrar sektorun payına düşür. Bu baxımdan, kənd təsərrüfatı bizim üçün vacib sahədir".

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin keçirdiyi ictimai dinləmədə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov deyib.

Komitə sədri bildirib ki, kənd təsərrüfatı ərzaq təhlükəsizliyini təmin edir: "Nə olursa olsun, ölkə, xalq heç vaxt ərzaq təminatı ilə sınağa çəkilməməlidir. Bu illər ərzində ölkəmiz heç bir vaxt ərzaq təhlükəsizliyi riski ilə üzləşməyib".