Prezident perulu həmkarını təbrik etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Peru Respublikasının Prezidenti xanım Dina Ersilia Boluarte Zeqarraya təbrik məktubu ünvanlayıb.
Adalet.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli xanım Prezident,
Peru Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan-Peru münasibətlərinin xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq məcrasında inkişafı, həm ikitərəfli qaydada, həm də çoxtərəfli təsisatlar çərçivəsində əməkdaşlığımızın bundan sonra da davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Peru xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
Digər Xəbərlər
24 Iyun 2026 11:11
"İƏT-in ardıcıl dəstəyini daim hiss etmişik" - Dövlət başçısı
24 Iyun 2026 11:00
Azərbaycan bu ittifaqın sədri oldu
24 Iyun 2026 10:54
"İslam dəyərlərinin qorunmasına Azərbaycanda həmişə böyük önəm verilib" - Prezident
24 Iyun 2026 10:54


Bakı -°C

