Prezidentlə xanımı Əziz Yıldırım və qızı ilə görüşdü
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Hərbi Dəniz Qüvvələrində baş tutan görüşündə “Fənərbaxça” prezidenti Əziz Yıldırım və qızı Hande Yıldırım da iştirak edib.
Adalet.az xəbər verir ki, dövlət başçısı və birinci xanım Hərbi Dəniz Qüvvələrində Türkiyə şirkətlərinin fəaliyyəti və birgə layihələrlə tanış olublar.
Səfər çərçivəsində Müdafiə Nazirliyinin “MİRAS Hərbi-Sənaye Şirkəti” MMC və Türkiyənin “DEARSAN Gəmi İnşaat Sənaye” AŞ-nin birgə istehsalat sahəsində hazırlanan hərbi texnikalar təqdim edilib. Prezident İlham Əliyevə və Mehriban Əliyevaya “SALVO” (SİDV) silahlı insansız dəniz vasitələri ilə “KAYRA” (KİDV) kamikadze insansız dəniz vasitələrinin təyinatı və taktiki-texniki xüsusiyyətləri barədə ətraflı məlumat verilib.
Məlumat üçün qeyd edək ki, Azərbaycanla birgə innovativ hərbi dəniz vasitələrinin istehsalını həyata keçirən “DEARSAN” şirkəti Ə. Yıldırıma məxsusdur.
Digər Xəbərlər
06 Sentyabr 2026 16:40
Prezidentin Hərbi Dəniz Qüvvələrinə ziyarətindən - Görüntülər
06 Sentyabr 2026 15:10
Prezident Hərbi Dəniz Qüvvələrində olub - FOTOLAR
06 Sentyabr 2026 11:25
Sərhədlərimi keçən... - Səxavət Məmməd yazır
05 Sentyabr 2026 12:46
Şəhid ailəsindən Lökbatan bələdiyyəsinə minnətdarlıq
05 Sentyabr 2026 12:06
Fövqəladə Hallar Nazirliyində qanvermə aksiyası keçirildi - VİDEO
05 Sentyabr 2026 10:49
Səbinə Əliyevadan Saakyanın əsassız iddialarına CAVAB
05 Sentyabr 2026 10:38
"Skuter oyuncaq deyil, qaydalara ciddi əməl edilməlidir" - DYP
04 Sentyabr 2026 19:08


Bakı -°C

