Prezidentlər yaxın günlərdə görüşəcəklər - Hakan Fidan
Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin yaxın günlərdə Qazaxıstanda görüşəcəklər.
Adalet.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan “Habertürk”ün efirində deyib.
Fidan iyunun 11-də Moskvaya səfəri çərçivəsində Putinlə görüşü zamanı ona Türkiyə liderinin müharibənin həlli və gündəmə gətirilməli mövzularla bağlı mesajlarını çatdırdığını bildirib. O vurğulayıb ki, enerji məsələləri, ticarət həcmi ilə bağlı məsələlər və türk şirkətlərinin Rusiyadakı vəziyyəti iki ölkə arasındakı münasibətlərdə, xüsusən də ikitərəfli əməkdaşlıqda son dərəcə əhəmiyyətlidir.
Xatırladaq ki, ötən gün Kremlin sözçüsü Dmitri Peskov ölkə başçılarının Astanada görüşə biləcəyini açıqlamışdı.
Digər Xəbərlər
05 Fevral 2025 11:44
Türkiyədə avtobus aşdı - Sərnişinlər ağır yaralandı
05 Fevral 2025 11:30Vaşinqtonda dalğıclar çaydan 67 nəfərin meyitini çıxardı
05 Fevral 2025 10:53Avropa Trampa adekvat cavab verəcəkmi?..
05 Fevral 2025 10:41"KTMT Ermənistanla bağlı öhdəliklərini yerinə yetirə bilməyib" - Paşinyan
05 Fevral 2025 09:20