05 Fevral 2025 11:44
71
DÜNYA

Türkiyədə avtobus aşdı - Sərnişinlər ağır yaralandı

Türkiyənin Antalya vilayətində avtobus yoldan çıxaraq aşıb. Hadisə nəticəsində 33 nəfər ağır xəsarətlər alıb. 

Adalet.az xəbər verir ki, bu barədə "TRT Haber" kanalı məlumat yayıb.

“Avtobus sürücüsü idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində 30 sərnişin, sürücü və onun iki köməkçisi yaralanıb”, - deyə telekanal qeyd edib. 

Bildirilir ki, avtobus Antalyadan Adıyamana gedirmiş.