05 Fevral 2025 11:30
66
DÜNYA

Vaşinqtonda dalğıclar çaydan 67 nəfərin meyitini çıxardı

Dalğıclar Vaşinqtonda qəzaya uğrayan təyyarədə həlak olan 67 nəfərin cəsədini təyyarənin burun və quyruq hissələrində tapıblar. 

Adalet.az xəbər verir ki,  bu barədə CNN telekanalı məlumat yayıb. 

Mütəxəssislər indiyədək 66 nəfərin cəsədini müəyyənləşdirə biliblər. 

Xatırladaq ki, yanvarın 30-da Bombardier CRJ700 sərnişin təyyarəsi “Black Hawk” hərbi helikopteri ilə toqquşub və Vaşinqtonda Ronald Reyqan hava limanı yaxınlığında Potomak çayına düşüb. 

Hadisə nəticəsində 67 nəfər həyatını itirib.