Putin “deepfake” texnologiyasından istifadə edir?
Rusiya prezidenti Vladimir Putinin qalxanabənzər vəzi xərçəngindən əməliyyat olunması ilə bağlı iddialara yenisi əlavə olunub. Buna görə də Putin “deepfake” adlı texnologiyadan istifadə edib və əməliyyatdan sonra sağalma müddətini ekranlardan uzaqda rahatlıqla keçirə bilib.
Rusiya prezidenti Putinin səhhəti ilə bağlı tez-tez gizli məlumatlar yayan Rusiyanın bir Telegram kanalı liderin ötən həftə mediada yayımlanan bütün görüntülərinin ya əvvəlcədən lentə alındığını, ya da saxta olduğunu iddia edib.
Mirror-un iddiasına görə, keçən həftə Putin hələ də Kremldə işləyirmiş kimi görünmək üçün “deepfake” texnologiyasından istifadə edib ki, xərçəngə qarşı “uğurlu” əməliyyat keçirsin.
“Deepfake” texnologiyasında videodakı bir insanın üzü başqasının üzü ilə əvəz edilə bilər.
Telekanalın iddiasına görə, Putinin ötən çərşənbə axşamı mətbuata etdiyi çıxışlar öncədən lentə alınıb və əməliyyat siyasətçinin öz masasında oturmuş kimi görünməsi üçün “köhnə” kadrlardan istifadə edilib.
FSB-nin keçmiş rəisi, hazırda Putinin Təhlükəsizlik Şurasının üzvü olan Nikolay Patruşevin cilovu əlində saxlamaqla Kremlə nəzarəti ələ keçirdiyi bildirilir.
Qeyd edək ki, Kreml iddia edilən əməliyyatla bağlı şərh verməyib, lakin müntəzəm olaraq Putinin səhhətinin yaxşı olduğunu təkid edir, tibbi problemləri inkar edir və iddiaları təsdiqləmir.
Eminquey
Digər Xəbərlər
04 Noyabr 2025 16:33
Şimali Koreyanın keçmiş lideri vəfat etdi
04 Noyabr 2025 15:50
Aİ Ukraynaya 180 milyard avro yardım ayırıb
04 Noyabr 2025 11:57
“Ermənistan Baş naziri “Qarabağsız Ermənistan” şüarı ilə seçkiyə gedir”
04 Noyabr 2025 11:51
ABŞ narkotik daşıyan gəmini vurdu
04 Noyabr 2025 11:49
Dünya yenidən nüvə silahlanması yarışı ilə üzləşə bilər...
04 Noyabr 2025 11:46
Rusiyanın İtaliyadakı səfiri XİN-ə çağrıldı
04 Noyabr 2025 09:35
Kamçatkada ikinci zəlzələ oldu - YENİLƏNİB
03 Noyabr 2025 20:00


Bakı -°C

