02 Fevral 2025 14:50
82
DÜNYA

Putin göstəriş verdi: Bu şəhər işğal olunmalıdır!

Putin Ukrayna müharibəsini bitirməyə hazırlaşmır. Hazırda Rusiya hərbi komandanlığı yeni uzunmüddətli əməliyyatlar planlaşdırır.

Adalet.az Glibalinfo.az-a istinadla xəbər verir ki, bu iddia ilə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu çıxış edib.

Məlumata görə, Rusiyanın yeni əməliyyatı 9 ay çəkə bilər. İnstitut Rusiyanın məqsədinin Xarkov vilayətinin Kupyansk şəhərini ələ keçirmək olduğunu söyləyib:

“Rusiyanın metodları göstərir ki, onlar yavaş-yavaş cəbhəboyu şəhərləri ələ keçirmək istəyirlər. Putin müharibəni bitirmək istəmir, çünki Rusiya komandanlığı yeni uzunmüddətli əməliyyat planlaşdırırlar”.