Biz niyə belə tənbəlik? - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
98 | 2025-02-02 19:05

...Dünyada tənbəl millət, tənbəl xalq yoxdu. Və sadəcə olaraq tənbəl  insanlar, tənbəl adamlar var. Belə adamlar da çox vaxt işləməyi, əziyyət çəkməyi xoşlamırlar. Ancaq gözlərini onun- bunun əlinə dikirlər.  Gözləyirlər ki, kimsə onlar beş- manat pul verəcək.

Amma həmin adamlardan birini çağırıb deyirsən ki, bəs mənim həyətimdə  bir az iş var, gəl onu gör! O da bir qədər düşünür və sonra da deyir ki, məgər mən Banazur  ermənisiyəm  ki, sənə yer əkim! Bax , bu sözləri eşidən də adamın əli üzündə qalır. Deyirsən ki, bərəkallah sənə.Ona görə də mənim qayınatam rəhmətlik Nəbi kişinin sözü olmasın " Belə adamlardan çörək iyi gəlmir." Ancaq elə insanların üz- gözündən tənbəllik  yağır. Bir yerdə olanda deyirlər ki, mən hərf- zadam  ki, gedib filankəsin  həyətində  hamballıq  eləyim.  

Bax, buna görə də belə insanlara heç kimin yazığı gəlməsin.  Və onları ələ- baxım öyrətməsinlər.Bir gün bütün tənbəlləri  bir otağa yığıb  ən tənbəl insanı müyyənləşdirmək  istəyirlər. Onları qorxutmaq üçün otağı yandırır və tez də söndürürlər. Otaq  yananda  bir qaçıb canının qurtarır, biri qışqırıb kömək istəyir, bir də yerindən tərpənməyə ərimir və  yavaşca səslənir ki, deyin Əli də  yandı.

Və məlum olur ki, onların arasında ən tənbəli  elə buyurmuş. Bu gün əli- ayağı olan insan özünü və ailəsini dolandırmağı  bacarmalıdır. Dolandırmırsa, deməli, o, tənbəlin  biridi. Hətta iki gözü görməyən və iki ayağı olmayan adam çalışıb ailəsini dolandırır, çünki o, zəhmətkeşdir, tənbəl deyil və gözünü heç kimin əlinə dikməyib.  Bizim binamızda iki gözdən əlil bir oğlan var.Gözəl musiqiçidir.

Etibarlı və vəfalı da xanımı var. Ən azından həftədə iki dəfə toylara gedir. Xanımı onu evlərindən aşağı düşürür və sonra da taksi ilə toya yola salır.Onun iki övladı da var! Bax, o tənbəllərlə  müqayisədə  belə  zəhmətkeş insanlar da var. İnsan hər işi bacarır və sadəcə olaraq tənbəllər ələ- baxım olduğuna görə özlərinə əziyyət verib işləmək istəmirlər.  Nə isə... Hər bir insan tənbəlliyin daşın atsa, öz istəyinə geç- tez nail olar və kiməsə, möhtac qalmaz!..

TƏQVİM / ARXİV