Putin İndoneziyaya getmədi - İbrahim Nəbioğlu yazır
Putin İndoneziyaya getmədi.
Getməyəcəyi bəlli idi.
Onun yerinə G20 zirvəsində Rusiya heyətinə Lavrov rəhbərlik edəcək.
Lavrov artıq Bali adasındadır.
Bu gün adada şəkil çəkdirib.
Fotoya baxanda nə görürük?
Masanın üstündə iPhone-nun son modeli, qolunda Apple saatı.
Deməli, kasıb rus uşaqları “Qərblə müqəddəs savaş” üçün Ukraynada öləcəklər, Lavrov isə “bəyənmədikləri” Qərbin texnoloji yeniliklərilə forslanacaq.
Geyindiyi köynək isə tam bir rəzalətdir.
Çünki üzərində kvir (Queer) olduğu bilinən və gənc yaşda heroinin ifrat dozasından ölən amerikan rəssam Baskiyanın (Basquiat) adı yazılıb.
Cinsi azlıqlarla mübarizəni dövlət siyasətinə çevirmiş bir dövlətin Xarici işlər naziri belə nazir, ölkəsi də belə ölkədir…
Digər Xəbərlər
18 Dekabr 2025 10:02
Boz Qurda sadiq xristian qaqauzlar - (IV yazı)
15 Dekabr 2025 11:23
Xakaslar: Cənubi Sibir türkləri, şaman ənənəsinin davamçıları - (III yazı)
12 Dekabr 2025 17:50
Bu ölkədə kişi qıtlığına belə çarə tapdılar - "Saatlıq ər" xidməti
12 Dekabr 2025 14:35


Bakı -°C

