Putin: Rusiyada tərəvəz qıtlığı var

Rusiya ərazisində yetişdirilən kartofun və bir sıra digər tərəvəzlərin, o cümlədən şəkər çuğundurunun çatışmazlığını yaşayır.
Adalet.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin işgüzar dairələrin nümayəndələri ilə görüşündə deyib.
"Hələ görüləsi çox iş var. Yəqin bütün bunları bilirsiniz. Kartof, bəzi tərəvəzlər, şəkər çuğunduru çatışmır. Biz bu sahələrin, o cümlədən emal sahələrinin sabitliyini təmin etməliyik", - Putin "Rusid" MMC-nin baş direktoru Mark Gextə müraciət edərək deyib.