Putin və Paşinyan Laçın dəhlizini müzakirə etdi

Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Federasiyasının prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Adalet.az xəbər verir ki, bu barədə Kreml məlumat verib.
Paşinyan Laçın dəhlizində yaranmış problemin aradan qaldırılması üçün Rusiya tərəfindən lazımi addımların atılmasının vacibliyini qeyd edib. Bu kontekstdə Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı missiyasının fəaliyyətini də vurğulayıb.
Həmsöhbətlər Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il 9 noyabr, 11 yanvar 2021-ci il, 26 noyabr və 31 oktyabr 2022-ci il tarixlərində imzaladığı üçtərəfli sazişlərin icrası ilə bağlı məsələləri müzakirə ediblər.
Ermənistan-Rusiya əməkdaşlığına dair gündəlikdəki digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər

Qəzza zolağı üçün beynəlxalq hərbi kontingentə bu ölkə rəhbərlik edəcək

Bu ölkədə matəm elan olundu

Orbandan Tramp-Putin sammiti ilə bağlı açıqlama

"Türkiyə ilə çox yaxşı dialoqumuz var" - Mirzoyan

“Trampın fikrincə, Rusiya neft və qazını sata bilməsə, müharibəni...”

"ABŞ-nin köməyi ilə bu müharibəni dayandıra bilərik" - Zelenski

Ağ Evdə Tramp-Zelenski görüşü keçirildi - VİDEO + YENİLƏNİB
