Qabiliyyət imtahanı verəcək şəxslərin NƏZƏRİNƏ
Dövlət İmtahan Mərkəzi (DİM) qabiliyyət imtahanlarında iştirak etmək istəyən konsertmeysterlərə müraciət edib.
DİM-dən Adalet.az-a verilən məlumata görə, musiqi sənəti üzrə xüsusi qabiliyyət imtahanlarında fərdi konsertmeyster kimi iştirak edən musiqiçilər 23 iyun tarixindən etibarən https://eservices.dim.gov.az/wpfqab/ linki vasitəsilə qeydiyyatdan keçib, konsertmeysterin buraxılış vərəqəsini çap edib götürərək imtahan binasına gəlməlidirlər. Bir konsertmeyster bir növbə ərzində ən çoxu üç abituriyenti müşayiət edə bilər. Konsertmeysterlər ali təhsil müəssisələrinin və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən aşağıdakı ixtisasları üzrə keçirilən imtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçməlidirlər.
Konsertmeysterlər əvvəlcə https://ekabinet.dim.gov.az// linkinə daxil olub şəxsi kabinet (kabineti olmayanlar) açmalıdırlarlar. Şəxsi kabinet açdıqdan sonra https://eservices.dim.gov.az/wpfqab/ linkinə daxil olub şəxsi kabinetin istifadəçi adı və parolunu daxil etməklə konsertmeysterlərin qeydiyyat sisteminə daxil olmalıdırlar. Sistemə daxil olduqdan sonra "əlavə et" düyməsinə basmaqla açılan pəncərədə konsertmeysteri olduğu abituriyentin iş nömrəsini daxil edib "Axtar" düyməsini basmaq lazımdır. Abituriyentin məlumatları yükləndikdən sonra "Yadda saxla" düyməsini basmaq tələb olunur.
Abituriyentləri əlavə edib "Çap et" düyməsini basmaqla buraxılış vərəqəsini çap etmək lazımdır.
Digər Xəbərlər
02 Oktyabr 2026 21:00
Azərbaycanda ən gənc və ən yaşlı müəllimin neçə yaşı var?
02 Oktyabr 2026 17:40
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
02 Oktyabr 2026 12:20
Xanım məktəb direktoru nöqsanlara görə işdən çıxarıldı
30 Sentyabr 2026 12:04
Azərbaycan Universiteti Pakistanın Northern Universiteti ilə əməkdaşlığa başlayır
29 Sentyabr 2026 11:09
“Məktəblilərin hicaba bürünməsi yolverilməzdir, amma...”
28 Sentyabr 2026 17:31
Kolleclərə boş qalan plan yerlərinə qəbulun nəticələri elan olundu
28 Sentyabr 2026 10:22
Atatürk Universiteti Bakıda məzun sevinci yaşadı
25 Sentyabr 2026 16:55


Bakı -°C

