Qabiliyyət imtahanlarına qeydiyyat başladı
Qabiliyyət imtahanlarına qeydiyyat başlayıb.
Bu barədə Adalet.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, 2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin (V ixtisas qrupu) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) üzrə mayın 20-dən 30-dək aşağıdakı istiqamətlər aid komissiyalar üzrə abituriyentlərin (subbakalavrların) qeydiyyatı aparılacaq:
- təsviri sənət;
- musiqi sənəti;
- idman;
- teatr, kino və xoreoqrafiya sənəti.
Abituriyentlər (subbakalavrlar) müvafiq keçidə daxil olub qeydiyyatdan keçə bilərlər. Abituriyentlər ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarının yalnız 1 istiqaməti üzrə ən çox 4 komissiyadan qeydiyyatdan keçə bilərlər. Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin XQTİ-ləri üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlər isə 1 istiqamətə aid ən çox 6 komissiya üzrə qeydiyyatdan keçə bilərlər.
Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə məlumatlar nəşr olunan qabiliyyət imtahanlarının istiqamətləri üzrə “Abituriyent” jurnalının xüsusi buraxılışları yaxın günlərdə nəşr olunacaq.
Qabiliyyət imtahanlarının iyun – avqust aylarında keçirilməsi nəzərdə tutulur. DİM-in internet səhifəsində abituriyentlərə (subbakalavrlara) “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edə biləcəkləri tarixlər haqqında məlumat veriləcək. “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ndə qabiliyyət imtahanlarının tarixi, keçiriləcəyi ünvan və vaxt göstəriləcəkdir.
Diqqət!
Qəbul (buraxılış) imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər Azərbaycan dili (dövlət dili kimi) üzrə imtahanın nəticəsindən asılı olmayaraq qeydiyyatdan keçə bilərlər. Lakin bu imtahandan “qeyri-məqbul” alan abituriyentlərin nəzərinə çatdırırıq ki, onlar 29 iyun tarixində keçiriləcək Azərbaycan dili imtahanının ikinci cəhdində “məqbul” aldıqları təqdirdə müsabiqəyə buraxılırlar.
Aldıqları orta ixtisas təhsilinə uyğun olan qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçmək istəyən subbakalavrlar ilk növbədə mayın 28-dək DİM-in saytında “Subbakalavrın elektron ərizə”sini doldurub təsdiq etməlidirlər. Təhsil məlumatları tam olmayan XQTİ-lər üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən subbakalavrlar tələb olunan məlumatların qeyd olunan tarixdən gec olmayaraq orta ixtisas təhsili müəssisəsinin məsul şəxsləri tərəfindən sistemə yerləşdirilməsini diqqətdə saxlamalıdırlar. Daha sonra subbakalavrlar 30 may saat 23:59-dək müvafiq qabiliyyət komissiyası üzrə də qeydiyyatdan keçməlidirlər. Yəni onlar əvvəlcə “Subbakalavrın elektron ərizə”sini təsdiq edib sonra qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçə bilərlər.
Xüsusi qabiliyyət imtahanı ilə bağlı daha geniş məlumatla elanın tam mətnində tanış olmaq mümkündür.
Digər Xəbərlər
12 Dekabr 2025 14:24
Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib
10 Dekabr 2025 18:50
"Müəllim adını daşıyanlar Ümummilli liderin işıqlı xatirəsini..."
10 Dekabr 2025 16:37
Müəllimlər üçün yeni mobil tətbiq istifadəyə verildi
10 Dekabr 2025 13:28
Distant iş zamanı əməyin mühafizəsi necə olacaq? - AÇIQLAMA
09 Dekabr 2025 21:15
Valideynlər övladlarının fənn nəticələrini portal üzərindən izləyə biləcəklər
08 Dekabr 2025 20:07
Mingəçevir Dövlət Universiteti Regionda daha bir ilkə imza atdı
08 Dekabr 2025 17:34
Doktorantların xarici dillər üzrə imtahan nəticələri elan olundu
08 Dekabr 2025 14:48


Bakı -°C

