Qadın güləşçilərimiz daha iki medal qazandılar
Qadın güləşçilərdən ibarət Azərbaycan millisi Bakıda keçirilən hərbçilər arasında dünya çempionatında çıxışını başa vurub.
Adalet.az xəbər verir ki, yarışın üçüncü günündə daha iki idmançımız fəxri kürsüyə qalxıb.
Jalə Əliyeva (57 kiloqram) birinci, Birgül Soltanova üçüncü yerlərə sahib olublar.
Çempionatın digər günlərində Ruzanna Məmmədova (59 kiloqram) qızıl, Elnurə Məmmədova (50 kiloqram) gümüş, Nərgiz Səmədova (55 kiloqram) və Gültəkin Şirinova (53 kiloqram) isə bürünc medal qazanıblar. Bununla da medallarının sayını 6-ya çatdıran Azərbaycan təmsilçiləri turniri komanda hesabında ikinci yerdə tamamlayıblar.
“İdmanla Dostluq” devizi altında təşkil olunan yarış dekabrın 3-dək davam edəcək.
Digər Xəbərlər
10 Sentyabr 2024 18:01
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə bütün biletlər satılıb
10 Sentyabr 2024 17:55Orxan Aslanov və Lamiyə Vəliyeva “Şöhrət” ordeni ilə təltif edildilər
10 Sentyabr 2024 17:43Milli Paralimpiya komandası üzvləri təltif edildi - SİYAHI
10 Sentyabr 2024 17:42Prezident Paralimpiya Oyunlarının medalçılarını mükafatlandırıb
10 Sentyabr 2024 15:17