25 Iyul 2024 11:36
322
KRİMİNAL

Qadını yaşadığı evdə qətlə yetirmək istəyən həmkəndlisi həbs edilib

Aprelin 8-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Həmzəli kənd sakini 1990-cı il təvəllüdlü Qasımova Sitarə Məmməd qızına xəsarətlər yetirilməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Naxçıvan Muxtar Respublikası Prokurorluğundan Adalet.az-a bildirilib ki, istintaqla 1983-cü il təvəllüdlü Əliyev Afəddin İsrafil oğlunun qisas niyyəti ilə həmkəndlisi Sitarə Qasımovanın yaşadığı evə gəlib bıçaqla sonuncuya xəsarət yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Afiyəddin Əliyevə  Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə yekun ittiham elan edilib, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Cinayət işi baxılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə göndərilib.