adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
16 Fevral 2023 15:14
800
MARAQLI

Qadınlar kişilərdən orta hesabla 7,5 dəqiqə daha çox yatır

Yatırıq, dururuq, amma düşünmürük ki, görəsən hansı yaşımızda daha çox yuxuya meyilli olmuşuq?!

Onlar bizim yerimizə düşünüblər.

İngilisləri deyirəm.

London Universitet Kolleci, Şərqi İngiltərə Universiteti və Lion Universitetinin tədqiqatçıları bir araya gəlib araşdırıblar, müəyyən ediblər ki, insanların ən az yetkinlik dövründə, yəni 33 yaşından əvvəl yatırlar.

Bunu necə müəyyən ediblər?

63 ölkədən 730 mindən çox könüllünü işə cəlb etməklə.

Tədqiqata görə, gecə yuxusu orta hesabla 7,01 saat olub,qadınlarkişilərdən orta hesabla 7,5 dəqiqə daha çox yatır.

Ən gənc könüllülər (minimum 19 yaş) ən çox yatıblar, yuxu müddəti 20-30 yaş arasında azalıb və sonra 50 yaşa qədər sabitləşərək yenidən artıb.

Müəyyən edilmiş bəzi nümunələr (33 yaşında yuxu azalır və 53 yaşında yenidən artır) kişilər və qadınlar, eləcə də müxtəlif ölkələr və təhsil səviyyələri üçün eyni olub.

Alimlərin fikrincə, orta yaşda yuxunun azalması iş və uşaq baxımı ilə bağlı ola bilər. Komandanın rəhbəri professor Huqo Spirs bildirib ki, qlobal miqyasda insanlar yetkinlik dövründə daha az yatırlar, lakin orta yuxu müddəti regiona və ölkəyə görə dəyişir.

İnsanlar ən çox (digər ölkələrə nisbətən 20-40 dəqiqə çox) Albaniya, Slovakiya, Rumıniya və Çexiya kimi Şərqi Avropa ölkələrində, ən az isə Cənub-Şərqi Asiya ölkələrində, o cümlədən Filippin, Malayziya və İndoneziyada yatırlar. Ümumiyyətlə, insanlar ekvatora yaxın ölkələrdə bir az az yatır.

Əvvəllər elə bilirdim ki, nənəmlə babam az yatır, çünki səhər o başdandan xoruz banlayanda dururdular yuxudan. Sonralar mənə çatmışdı ki, axı onlar axşam saat 9 olmamış girirlər yerlərinə. Yəni ən çox yaşlı adamlar yatır.

Emin