adalet.az header logo
  • Bakı -°C
14 Avqust 2026 11:13
71
DÜNYA
A- A+

Qahirədə güclü partlayış - Ölənlər və yaralananlar var

Misirin paytaxtı Qahirədə ticarət mərkəzində helium qaz balonu partlayıb.

Adalet.az xəbər verir ki, partlama nəticəsində 3 nəfər ölüb, 17 nəfər yaralanıb.

Hadisə Yeni Qahirə rayonunda yerləşən "Arabella Plaza" ticarət mərkəzinin birinci mərtəbəsindəki oyuncaq mağazasında baş verib.

İlkin məlumata görə, mağazada olan helium qaz balonunun partlaması nəticəsində yanğın başlayıb.

Partlayışdan sonra əraziyə xilasetmə və yanğınsöndürmə briqadaları cəlb olunub. Misir Daxili İşlər Nazirliyi partlayışın ardınca yaranan kiçik yanğının mülki müdafiə qüvvələri tərəfindən nəzarətə alındığını bildirib.

Balonun hansı səbəbdən partladığını dəqiqləşdirmək üçün ekspert qrupu yaradılıb.