Zelenski ilə Lukaşenko arasında görüş ola bilər
Müəyyən hallarda Ukraynanın ali rəhbərliyi Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşə bilər.
Adalet.az xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Yaroslav Çernoqor deyib.
Çernoqor bildirib ki, "əgər müharibə vəziyyətində itkilərin sayını azaltmaq və ya hərbi əməliyyatları tamamilə dayandırmaq lazımdırsa və bu məqsədlə Ukrayna Prezidenti Volodimir Zelenski və ya Ukrayna hökumət rəsmilərindən hər hansı biri bu və ya digər düşmən və ya qarşı tərəfin nümayəndəsi ilə görüşməli olarsa, o zaman bu cür tədbirlər görülə bilər".


Bakı -°C

