Tramp Türkiyədən niyə gizli çıxarılıb? - Yeni detallar
ABŞ Prezidenti Donald Trampın Türkiyədən gizli şəkildə başqa hərbi təyyarə ilə çıxarılması ilə bağlı yeni detallar ortaya çıxıb. Məlum olub ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) İsrail tərəfindən təqdim edilən Trampa qarşı sui-qəsd təhdidi ilə bağlı kəşfiyyat məlumatlarına şübhə ilə yanaşıb.
Adalet.az xəbər verir ki, “Washington Post” qəzetinin yazdığına görə, CIA rəsmiləri İsrail kəşfiyyatının Trampın həyatına təhlükə barədə təqdim etdiyi məlumatları inandırıcı hesab etməyiblər.
CIA analitikləri bu şübhələrini Tramp administrasiyasının rəsmilərinə də çatdırıblar.
Qəzetin məlumatına görə, sui-qəsd təhdidi barədə məlumat CIA-ya İsrail hökuməti tərəfindən ötürülüb. Lakin ABŞ kəşfiyyatının analitikləri məlumatın etibarlılığı ilə bağlı şübhələrə malik olublar.
ABŞ rəsmilərindən biri Trampın həyatına qarşı təhdid barədə məlumatların “ABŞ-dən deyil, İsraildən qaynaqlandığını və etibarlılığının aşağı olduğunu” bildirib.
Bu məlumatlar Trampın iyulun 8-də Ankarada keçirilən NATO sammitindən sonra Türkiyədən çıxışı zamanı görülən qeyri-adi təhlükəsizlik tədbirlərinə dair yeni suallar yaradıb.
Qeyd edək ki, “Washington Post” daha əvvəl Trampın NATO sammitindən ayrılarkən təhlükəsizlik səbəbilə Türkiyədən başqa bir hərbi təyyarə ilə çıxarıldığını yazmışdı.


Bakı -°C

