Qalib idmançılara nə qədər pul veriləcək?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Fransanın Paris şəhərində keçirilən XXXIII Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilib.
Adalet.az- məlumatına göə, birinci yeri tutan hər bir idmançıya 400 000 (dörd yüz min) manat, ikinci yeri tutan hər bir idmançıya 200 000 (iki yüz min) manat, üçüncü yeri tutan hər bir idmançıya isə 100 000 (yüz min) manat ödəniləcək.
Azərbaycan idmançıları Paris-2024-də 7 medal qazanıblar. Beləliklə, qızıl medal qazanan idmançılara (2 nəfər) 800 min manat, gümüş medal qazanan idmançılara (2 nəfər) 400 min manat, bürünc medal qazananlara isə (3 nəfər) 300 min manat pul veriləcək.
Ümumilikdə idmançıların pul mükafatı 1,5 milyon manat təşkil edir.
Digər Xəbərlər

Çempionlar Liqasının rəsmi səhifəsində Qurban Qurbanovla bağlı PAYLAŞIM

“Neftçi”nin şikayəti təmin edilmədi

"Arnold" 1 ay oynaya bilməyəcək

Azərbaycan Kubokunun finalı bu stadionda olacaq

"Uşaq vaxtı oyunlara baxmaq üçün gəldiyim stadionda qol vurmaq fərqli hissdir"

İlham Əliyev "Qarabağı" təbrik etdi

Yankoviçin vəziyyəti açıqlandı
