adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
13 May 2020 16:54
41412
LAYİHƏ

Qara Yusif

(əvvəli ötən saylarımızda)

XIV əsrin sonu - XV əsrin əvvəlləriAzərbaycan tarixində mühüm dönüş dövrüdür. Bu dövr xalqımızın yadelli əsarətindənazad olması, müstəqil dövlətçilik ənənələrinin yenidən bərpası və bu uğurdamübarizəsi kimi tarixə daxil olmuşdur. Azərbaycanda Monqolların ağalığına sonqoyulmuş, eyni zamanda Orta Asiyadan yeni təhdit Teymurilərin hücumlarıbaşlanmışdır. Bu gərgin dövrdə xalqımızın azadlığı, dövlətçilik ənənələrinin bərpasıkimi ağır missiyanı Qaraqoyunlu tayfaları öz üzərlərinə götürmüşdür.

Qaraqoyunluların mənşəyi:

Tarixi qaynaqlardan məlum olurki, bu tayfa (Qaraqoyunlu, həmçinin də Ağqoyunlu) birləşməsi"Türkman" adlanan etnik qrupa mənsub olub. Bu frazanın yaranması iləbağlı müxtəlif fikirlər var. Bir xalac rəvayətində deyilir ki, Makedoniyalı İskəndərŞərqdə xalac tayfaları ilə qarşılaşarkən onların türklərə oxşadığını qeyd edirvə bu səbəbdən də xalacları "türk manənd" (türkə bənzər)adlandırmışdır. Beləliklə də ilk dəfə "Türkmən-türkman" ifadəsimeydana çıxmışdır. Tarixçilər isə bu ifadənin yaranmasın başqa cür izah edirlər.V.V.Bartold bu barədə yazır: "Türkmən" bu söz XI əsrdən ilk əvvəlİran tarixçiləri Qardizi və Əbül Fəzl Beyhəqi tərəfindən fars dilinin cəmində -"Türkmanan" formasında, türklər "oğuz", ərəblər"quzz" mənasında işlətmişdir. "Türkmən" istilahı ilk dəfə ərəbcoğrafyaşünası əl-Müqəddəsinin əsərində "ət-türkman" və yaxud"türkmaniy-yun" şəklində xatırlanmışdır. "Türk manənd"("Türkman") - əsil məkanı və mənşəyi çox da aydın olmayan bu sözüMahmud Qaşğari fars etimologiyasına əsasən "türkə bənzər", "türkəoxşar" şəklində təqdim etmişdir. Mahmud Qaşğari yalnız oğuzlan deyil,qarluqların da özlərini "türkman" adlandırdığın qeyd edir. Tədqiqatçılarınfikrinə görə, X əsrdə oğuzlar islam dinini qəbul etdikdən sonra onlara"türkmən və ya türkman" deyilmişdir. Bu barədə V.V.Baritold yazır:"müsəlman oğuzlar həmçinin :::türkman" (türkmənlər) adlandırılmağabaşlandılar. V.İ.Jirmunski qeyd edir: :::Türkmən" etnik istilahına ərəb mənbələrindəX əsrin II yarısından etibarən təsadüf olunur. Türk tədqiqatçısı F.Köprülü dəMahmud Qaşğarinin məlumatlarına əsaslanmış və "türkman" adını müsəlmanəqidəli oğuzlara verildiyini göstərmişdir.

Faruq Sümer də Birunininverdiyi məlumatlara əsaslanaraq islamı qəbul etmiş oğuzlara "türkman"deyildiyini qəbul edir". Digər tərəfdən "türkman" sözünün hələVIII əsr Çin ensiklopediyası "Tundyan"da "te-qomen"formasmda işləndiyini göstərmişdir. Tarixi mənbələrdə oğuzların islamı qəbuletməsi X əsrə təsadüf edir ki, bu halda VIII əsr Çin ensiklopediyasında"Türkman" ifadəsinin işlənməsi yuxarıda qeyd edilən fikirlərləziddiyyət təşkil edir. Bu fakt hələ də aydınlaşdırılmamışdır. Bununla bərabər müasirtarixşünaslıqda "türkmən" sözü islam dinini qəbul etmiş oğuzlaraverilmiş bir ad kimi qəbul olunur. "Türkmən" istilahı həm dəoğuzların daha çox köçərilik etmiş hissəsinə şamil edilmişdir. Müasir Azərbaycandilində "tərəkəmə" kəlməsinin mövcud olması bununla əlaqələndirilir.Maraqlıdır ki, orta əsrlərin Bizans müəllifləri də Kiçik Asiyadakı köçərioğuzları "türkmən" adı ilə təqdim etmişdir.

Qaraqoyunluların oğuzlarınhansı boyuna mənsub olması ilə bağlı yekdil fikir yoxdur. Faruq Sumer XV əsrinOsmanlı tarixçilərindən Mövlana Şükrullaha əsasən Qaraqoyunluların Oğuz nəslindənDəniz xanın oğulları olan İğdir, Büğduz, Yıvə və Kınık boylarından birinə mənsubolduğunu bildirir. Tarixçilərin böyük əksəriyyəti Yıvə boyu iləQaraqoyunluların nəsli qohumluq əlaqələrinin olduğunu qeyd edirlər. Onlar bunuQaraqoyunlu sikkələrində olan damğaların Oğuz damğalarından daha çox Yıvədamğasına bənzəməsi ilə əsaslandırırlar.

Qaraqoyunluların Azərbaycanda məskunlaşması:

XI əsrdə Azərbaycana və KiçikAsiyaya gəlmiş türk-səlcuq tayfalarının əsas hissəsini oğuzlar təşkil etmişdir.Bu tarixə III (həmçinin sonuncu) türk axını kimi düşərək Azərbaycan xalqınınformalaşmasını başa çatdıran hadisə hesab olunur. Bu axında Ağqoyunlu vəQaraqoyunlu tayfalarının da olduğu və həmin tayfaların Azərbaycana X-XI əsrlərdəməskunlaşması qeyd edilir.

Türk dünyasının ən qədim epikabidələrindən biri sayılan "Kitabi-Dədəm Qorqud" eposuna diqqətyetirsək boylarda ağqoyunlu və qaraqoyunluların yaşam tərzinin tam əksetdirildiyini müşahidə edərik.

Nəzərə alsaq epos oğuzlarınislamiyyətdən öncəki, islamiyyətin ilk çağlarındakı və sonrakı dövrləri əhatəedir və bu hadisələrin mütləq əksəriyyəti Azərbaycan və Şərqi Anadoluda başverir, ona demək olar oğuzlar (qaraqoyunlular və ağqoyunlular) Azərbaycanda IIITürk axınından qabaq mövcud olublar. Görkəmli alimlərimiz Z.Bünyadov və O.Əfəndiyevin"ehtimal etməyə əsas var ki, sonralar qaraqoyunlu tayfalarının tərkibinədaxil olmuş tayfaların və qəbilələrin bir hissəsi artıq VIII-IX əsrlərdə Azərbaycandaməskunlaşmış və monqol istilası zamanı onlar bu torpaqlardan sıxışdırılıbçıxarılmışlar" fikri yuxarıda qeyd etdiklərimin dolayısı ilə doğru olmasıanlamına gəlir.

Çünki faktlar göstərir ki,yerli, oturaq əhali ilə türkman tayfalarının qaynayıb-qarışma prosesi XI əsrdənxeyli əvvəllərə təsadüf edir.

Məhz bunun nəticəsi idi ki, qərbitürkmənlər Orta Asiya türkmənlərinin birbaşa xələfləri olsalar da Şərqdə, OrtaAsiyada məskunlaşmış həmqəbilələrindən əhəmiyyətli dərəcədə fərqlənməyəbaşlamışdılar. Yeni keyfıyyətlərin qazanılması, fərqli xüsusiyyətlərin təşəkkülüprosesində ilkin vətəndən uzunmüddətli uzaqlaşma mühüm rol oynamışdır.

Bu versiyanı gücləndirəcək digərfakt isə türk tarixçisi F.Kırzıoğlunun qaraqoyunluların mənşəyini"Kitabi-Dədəm Qorqud" eposuna əsaslanaraq III əsrdə Şərqi AnadoluyaTürkistandan gəlmiş Mamik və Qonaq adlı türk bəyləri sülaləsi ilə əlaqələndirməsidir.

Eyni zamanda, VIII-IX yüzilliklərdəyaşamış Əbuməhəmməd Əbdülməlik ibn Hişam adlı ərəb tarixçisi Kitabül-tican fimülük himyər (Himyər hökmdarları barədə taclar kitabı) adlı tarixi əsərindəbeşinci ərəb xəlifəsi I Müaviyə (661-680) ilə çağdaşı olan Übeyd ibn Şəriyyə əl-Cürhumihaqqında maraqlı yazı vermişdir.

Müaviyə söhbət əsnasında Übeydəmüraciət edərək, Azərbaycan haqqında onu fikrini öyrənmək istəyərək deyir:

"Sən Allah, Azərbaycanhaqqında əlaqəniz, təlaşınız və xatirəniz nədir?"

Übeyd ibn Şəriyyə belə cavabverir: Ora türk torpağıdır. Onlar oraya cəmləşərək bir-biri ilə qarışmış və təkmilləşmişlər.

(ardı gələn sayımızda)

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.