"Qarabağ" - "Ayntraxt" oyununun təyinatları açıqlandı
Bakıda "Qarabağ" və Almaniyanın "Ayntraxt" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyunu üçün təyinatlar açıqlanıb.
Adalet.az-ın məlumatına görə, qarşılaşma İsveçrədən olan hakimlər briqadasına tapşırılıb.
Baş hakim Sandro Schärer olacaq. Ona həmyerliləri Stéphane De Almeida və Jonas Erni köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Johannes von Mandach yerinə yetirəcək. VAR-da Fedayi San, AVAR-da Lukas Fähndrich əyləşəcəklər.
UEFA nümayəndəsi isə isveçli Per Eliassondur.
Xatırladaq ki, "Qarabağ" - "Ayntraxt" qarşılaşması yanvarın 21-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


Bakı -°C

