adalet.az header logo
  • Bakı -°C
14 Yanvar 2026 12:55
65
İDMAN
A- A+

"Xankəndi" komandasının yeni baş məşqçisi o olacaq

Azərbaycan II Liqasında çıxış edən "Xankəndi" futbol komandasının yeni baş məşqçisi bəlli olub.

Bu barədə Adalet.az-a klubdan məlumat verilib.

Bölgə təmsilçisi Zaur Hacıyevə tapşırılıb. O, bu postda İbrahim Uzuncanı əvəzləyib.

UEFA-nın "B" kateqoriyalı məşqçi lisenziyasına sahib olan mütəxəssis uzun illər "Qəbələ" Futbol Akademiyasında fəaliyyət göstərib, müxtəlif yaş qrupları ilə ölkə çempionatlarında uğurlar qazanıb və U-19 komandası ilə Azərbaycanı UEFA Gənclər Çempionlar Liqasında təmsil edib.

Qeyd edək ki, Zaur Hacıyev son olaraq "Karvan-Yevlax"da köməkçi məşqçi kimi çalışıb.