adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
29 Sentyabr 2022 13:40
645
MƏDƏNİYYƏT

Qarabağ müharibəsinə həsr olunmuş “Dolu” filmi nümayiş etdirilib

27 sentaybr - Anım günü ilə əlaqədər Xətai rayonu Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində Bakı Şəhər Mədəniyyət Baş idarəsinin, Xətai rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı və 1 Səhnə prodüser mərkəzi, AudioKitab MMC-nin dəstəyi ilə Qarabağ müharibəsinə həsr olunmuş “Dolu” filmi nümayiş olunub.

Şəhid ailələrinin, qazilərin, millət vəkilləri, ziyalılar, idarə, müəssisə, təşkilat rəhbərlərinin və rayon sakinlərinin qatıldığı tədbirdə əvvəlcə Azərbaycan respublikasının Dövlət himni səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Təbdirdə iştirak edən rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev və digər qonaqlar çıxış edərək prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı ordumuzun gücü, qüvvəti ilə 44 günlük Vətən müharibəsində qazandığımız böyük zəfərin əhəmiyyətindən danışıblar. Qəhraman vətən övladlarımızın şəhidlik zirvəsinə ucalmaları, şəhid adının müqəddəsliyi onların xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını qeyd ediblər.

Tədbir başlamazdan öncə isə Səhnə TV-nin istehsalı olan “Şanlı Qazilərimizə eşq olsun” və “Uşaqların Şuşası” sosial çarxları nümayiş olunub.

Tədbir zamanı səhnədə quraşdırılmış ekranda Qarabağ müharibəsinə həsr olunmuş “Dolu” filmi nümayiş olunub.

Qeyd edək ki, film rejissoru Elxan Cəfərov, ssenari müəllifi millət vəkili Aqil Abbasdır. Film Azərbaycanın döyüş yolu və Azərbaycan-Ermənistan münaqişəsi zamanı baş vermiş gərçək hadisələrdən bəhs edir.

Eminquey