""Qarabağ" nadir hallarda məğlub olur" - “Ayaks”ın baş məşqçisi
"Bakıya səfərimiz yaxşı oldu".
Adalet.az xəbər verir ki, bunu Niderlandın “Ayaks” klubunun baş məşqçisi Fred Qrim deyib.
O, “Qarabağ”ın yaxşı komanda olduğunu bildirib: “Onlar nadir hallarda məğlub olurlar. Tez bir zamanda hücuma atılmağı bacarırlar. Rəqibin heyətində texniki cəhətdən güclü futbolçular var”.
Qeyd edək ki, dekabrın 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq “Qarabağ” - “Ayaks” görüşü saat 21:45-də başlayacaq.


Bakı -°C

