"Qarabağ" "Neftçi"ni üç cavabsız qolla məğlub edib - YENİLƏNİB

"Qarabağ" Misli Premyer Liqasında "Neftçi"ni məğlub edib.
Adalet.az-ın məlumatına görə, XV turun sonuncu oyunu "Neftçi Arena"da keçirilib.
Qarşılaşma "köhlən atlar"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam təmsilçisinin heyətində 27, 56-cı dəqiqələrdə Leandro Andrade, 53-cü dəqiqədə Nəriman Axundzadə fərqləniblər.
Turnir cədvəlinin birinci pilləsində qərarlaşan "Qarabağ" xallarının sayını 37-yə çatdırıb. "Ağ-qaralar" 13 xalla 8-ci sıradadır.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Araz-Naxçıvan" "Turan Tovuz"u, "Sabah" "Səbail"i, "Kəpəz" "Şamaxı"nı 1:0, "Zirə" isə "Sumqayıt"ı 4:1 hesabı ilə məğlub edib.
20:26
Misli Premyer Liqasının XV turunda keçirilən "Neftçi" - "Qarabağ" oyununda üçüncü qol vurulub.
Adalet.az-ın məlumatına görə, Ağdam təmsilçisi hesab arasındakı fərqi daha da artırıb - 3:0.
"Köhlən atlar"ın heyətində Leandro Andrade 56-cı özünün ikinci, komandasının üçüncü qoluna imza atıb.
20:18
Misli Premyer Liqasının XV turunda keçirilən "Neftçi" - "Qarabağ" oyununda ikinci qol vurulub.
Adalet.az-ın məlumatına görə, Ağdam təmsilçisi hesab arasındakı fərqi artırıb - 2:0.
"Köhlən atlar"ın heyətində 53-cü dəqiqədə Nəriman Axundzadə fərqlənib.
20:08
Misli Premyer Liqasının XV turunda keçirilən "Neftçi" - "Qarabağ" oyununda ikinci hissə başlayıb.
Adalet.az-ın məlumatına görə, Ağdam təmsilçisi hazırda hesabda öndədir - 1:0.
"Köhlən atlar"ın heyətində 27-ci dəqiqədə Leandro Andrade fərqlənib.
20:08
Misli Premyer Liqasının XV turunda "Neftçi" və "Qarabağ" komandaları arasında derbi oyununda birinci hissə başa çatıb.
Adalet.az xəbər verir ki, Ağdam təmsilçisi "Neftçi Arena"da keçirilən görüşün fəsiləsinə 1:0 hesablı üstünlüklə yollanıb.
Qarşılaşmanı FIFA referisi Əliyar Ağayev idarə edir.
*** 19:37
Misli Premyer Liqasının XV turunda keçirilən "Neftçi" - "Qarabağ" oyununda ilk qol vurulub.
Adalet.az xəbər verir ki, 27-ci dəqiqədə Ağdam təmsilçisi hesabı açıb.
"Qarabağ"ın heyətində Leandro Andrade fərqlənib.
*** 19:07
Misli Premyer Liqasının XV turunda "Neftçi" və "Qarabağ" komandaları arasında derbi oyunu başlayıb.
Adalet.az xəbər verir ki, "Neftçi Arena"da keçirilən görüş saat 19:00-da start götürüb.
Qarşılaşmanı FIFA referisi Əliyar Ağayev idarə edir.
Digər Xəbərlər

Türkiyə Superliqasında "Qalatasaray" turu itkisiz başa vurub

Kurban Berdiyevə güzəşt edilmədi

PSJ Barkola ilə müqaviləni uzadacaq

Messi Avropa klublarına qayıtmayacaq

Konfrans Liqasında yarımfinalçılar bəlli oldu

"Atletiko Madrid" Qrizmannla yeni müqavilə İMZALAYACAQ

UEFA Çempionlar Liqası: "Real" mübarizəni dayandırdı, "Arsenal" və "İnter" yarımfinalda
