"Qarabağ" UEFA Çempionlar Liqasında Liqa mərhələsinə yüksəldi

UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Ferentsvaroş"u (Macarstan) iki oyunun nəticəsinə əsasən üstələyən "Qarabağ" Liqa mərhələsinə yüksəlib.
Adalet.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan cavab matçı qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Ev sahibi komandanın qollarını Leandro Andrade (25) və Abdullah Zubir (45) vurublar. Qonaqların heyətində isə Lenni Josef (14), Barnabas Varqa (55,pen) və Aleks Tot (82) diqqət mərkəzinə düşüblər.
Qeyd edək ki, səfərdəki ilk oyunda Azərbaycan çempionu 3:1 hesabı ilə qalib gəlmişdi.
Beləliklə, iki görüşün nəticəsinə əsasən "Ferentsvaroş"u mübarizədən kənarlaşdıran "Qarabağ" tarixində ikinci dəfə bu uğura imza atıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv daha öncə 2017/2018 mövsümündə qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə (əvvəlki adı ilə) yüksəlmişdi.
Digər Xəbərlər

“Beşiktaş” futbolçusunu bu kluba icarəyə verdi

UEFA Çempionlar Liqasının final matçının başlama vaxtını dəyişdirdi

"Qarabağ"ın qələbəsi özünə və 11 klubumuza bu qədər sərvət qazandırdı

NƏRİMAN AXUNDZADƏ HİKMƏT MİRZƏYEVİN DÖYÜŞÇÜSÜNƏ ÇEVRİLMİŞDİ

Aqil Abbas "Qarabağ"ın qələbəsindən DANIŞDI: "Qurban kəsdirdim...”

Qələbəmizin şah damarı – QARABAĞ! - Orxan Aslan yazır

"Araz-Naxçıvan" Çempionlar Liqasında növbəti matçını keçirəcək
