Aqil Abbas "Qarabağ"ın qələbəsindən DANIŞDI: "Qurban kəsdirdim...”

UEFA Çempionlar Liqasının pley-off mərhələsində Macarıstanın “Ferentsvaroş” klubu üzərində qazandığı qələbə ilə “Qarabağ” futbol klubu yenidən tarixi uğura imza atdı. Azərbaycan çempionu adını Avropanın ən nüfuzlu klub turnirinin qrup mərhələsinə yazdıraraq futbolsevərlərə böyük sevinc yaşatdı.
Qələbə ilə bağlı Milli Məclisin deputatı, yazıçı Aqil Abbas da Bakıvaxtı.az-la öz fikirlərini bölüşüb. Onun sözlərinə görə, bu nailiyyət təkcə “Qarabağ” azarkeşlərinin deyil, bütün Azərbaycan xalqının qürur mənbəyidir:
“Buna bütün Azərbaycan sevinir. Gün o gün olacaq ki, ‘Neftçi‘, ‘Sabah’, ‘Zirə’, hətta ‘Turan Tovuz’ da Çempionlar Liqasına vəsiqə qazanacaq. Bu, Azərbaycan futbolunun inkişafı üçün çox vacib göstəricidir. Prezidentimiz də ‘Qarabağ’ı təbrik etdi. Bu, dövlətin idmana, futbola verdiyi böyük dəstəyin bariz nümunəsidir”.
Deputat hər zaman “Qarabağ” klubuna və baş məşqçi Qurban Qurbanova inandığını xüsusi vurğulayıb:
“Mən həmişə ‘Qarabağ’a, Qurban Qurbanova inanmışam. ‘Qarabağ’ layiqli futbol oynayır. Oyun çətin oldu, amma əsas odur ki, biz Çempionlar Liqasındayıq”.
Aqil Abbas həmçinin komandanın hər qələbəsini özünəməxsus formada qeyd etdiyini də dilə gətirib:
“Komandamızın hər zəfərinə qurban kəsdirirəm. Bu dəfə də qurban kəsdirdim, inşallah, kasıblara paylayacağıq. Bu, mənim sevinicimin ifadəsidir”.
Millət vəkili sonda vurğulayıb ki, “Qarabağ”ın Avropadakı uğurları təkcə futbol deyil, həm də Azərbaycanın idman arenasında gücünü və nüfuzunu göstərir.
Digər Xəbərlər

"Qarabağ"ın qələbəsi özünə və 11 klubumuza bu qədər sərvət qazandırdı

NƏRİMAN AXUNDZADƏ HİKMƏT MİRZƏYEVİN DÖYÜŞÇÜSÜNƏ ÇEVRİLMİŞDİ

Qələbəmizin şah damarı – QARABAĞ! - Orxan Aslan yazır

"Araz-Naxçıvan" Çempionlar Liqasında növbəti matçını keçirəcək

"Qarabağ"ın əsas mərhələdəki rəqibləri bu gün müəyyənləşəcək

"Qarabağ" UEFA Çempionlar Liqasında Liqa mərhələsinə yüksəldi

Mövsümün sonunda "Mançester Yunayted"dən gedə bilər
